​Bakıda avtomobil təmiri sexindən 10 min manatlıq oğurluq edildi

​Bakıda avtomobil təmiri sexindən 10 min manatlıq
16:00 22.12.2022
298 Hadisə
A- A+

Bakıda oğurluq etməkdə şübhəli bilinən iki qardaş saxlanılıb.

Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Yasamal rayonunun A.M.Şərifzadə küçəsində yerləşən avtomobil təmiri sexlərinin birindən 10 500 manat dəyərində səsboğucu və 4 ədəd səsboğucu göstəricisinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Zaqatala rayon sakinləri, əvvəllər məhkum olunmuş Faiq Buğluyev və qardaşı Tərlan müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.