​Gəncədə ev yanıb

​Gəncədə
10:40 23.12.2022
258 Hadisə
A- A+

Gəncədə yanğın hadisəsi baş verib.

Hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. Qəsəbə sakininə məxsus evdə anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-nin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın zamanı 2 otaqlı evin bir otağı əşyalarla birgə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub, yanğın söndürülüb.

Mənbə: APA