​Azərbaycan filmi “Oskar”a namizəd ola bilmədi

​Azərbaycan filmi “Oskar”a namizəd ola
17:45 23.12.2022
A- A+

On kateqoriya üzrə “Oskar” film mükafatına namizədlərin qısa siyahısı açıqlanıb.

Azərbaycanlı rejissor Şamil Əliyevin “Yaradanlar” (CREATORS) filmi sözügedən mükafata iddialı olanlar siyahısından çıxarılıb. Ümumilikdə təqdim olunmuş 144 filmdən 15-i “Ən yaxşı xarici dildə film” nominasiyasında yarışacaq.

Xatırladaq ki, sözügedən film XX əsrin görkəmli Azərbaycan memarları Mikayıl Hüseynov və Sadıq Dadaşovun həyat və yaradıcılığı fonunda kommunist–bolşevik ideologiyasının Azərbaycanın mədəni irsinə və düşüncə tərzinə amansız təsirinin öyrənilməsindən bəhs edilib.

Filmin ideya müəllifi professor Elbay Qasımzadə, ssenari müəllifi Xalq yazıçısı Natiq Rəsulzadə, quruluşçu operatoru Rüfət Süleymanov, rəssamı Lalə Hüseynzadə, bəstəkarı Azər Əsgərov, prodüseri Nazim Hüseynovdur.

Qeyd edək ki, 95–ci “Oskar” mükafatlarının təqdimetmə mərasimi 2023–cü ilin martın 12–də keçiriləcək.

Mənbə: Axsam.az