​Bakıda oğul anasını ağacla döyərək xəstəxanalıq etdi

​Bakıda oğul anasını ağacla döyərək xəstəxanalıq etdi
09:29 13.02.2023
221 Hadisə
A- A+

Bakının Nəsimi rayonunda oğul anasını döyüb.

Hadisə Azadlıq prospektində qeydə alınıb.

Belə ki, 1957-ci il təvəllüdlü Mustafayeva Afizər Yunis qızı yaşadığı evdə oğlunun işgəncəsinə məruz qalıb.

Oğlu onu ağac budağı ilə döyüb.

Yaralı qonşuların köməkliyi ilə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

 A.Mustafayevaya qapalı kəllə-beyin travması, alın nahiyəsinin açıq yarası və burun sümüklərinin yer dəyişən sınığı diaqnozu qoyulub.
 
Faktı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır./APA