​Kadırov köməkçisinə sui-qəsd olundu

​Kadırov köməkçisinə sui-qəsd olundu
11:00 13.02.2023
198 Dünya
A- A+

Çeçenistan rəhbəri Ramzan Kadırov köməkçisi, “Axmat” xüsusi təyinatlı dəstəsinin komandiri Apti Alaudinova qarşı bir neçə gün əvvəl sui-qəsd cəhdinin olduğunu açıqlayıb.

Ramzan Kadırov bu barədə Telegram kanalında yazıb.

O, Apti Alaudinovun bir neçə gün əvvəl zəhərləndiyini və indi səhhətinin yaxşı olduğunu əlavə edib.

Xatırladaq ki, Apti Alaudinov hazırda Ukraynada davam edən müharibədə aktiv iştirak edir.(APA)