​Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları medallarla təltif olunublar

​Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları medallarla
11:12 13.02.2023
229 Ölkə
A- A+

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dövlət qulluqçuları medallarla təltif olunublar.

Bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı dövlət qulluqçuları “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilsinlər:

Allahverdiyeva Amaliya Kərim qızı

İsmayılova Ruhiyyə Həsən qızı

Məmmədova Elnara Xasay qızı

Rüstəmov Rövşən Rüstəm oğlu

Valehov Ceyhun Ağanəzər oğlu”.