​Fəxrəddin Qurbanov vəfat etdi

​Fəxrəddin Qurbanov vəfat etdi
12:55 13.02.2023
228 Ölkə
A- A+

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri Fəxrəddin Qurbanov dünyasını dəyişib.

XİN Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “Qafqazinfo”nun  sorğusuna cavab olaraq məlumatı təsdiqləyib.

Qeyd edək ki, Fəxrəddin Qurbanov Kanada, Xorvatiya, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında səfir kimi (eyni zamanda Danimarka, İslandiya və İrlandiya Respublikasında akkreditə olunmuş) çalışıb.

O, 3-cü dərəcəli Vətənə xidmətə görə ordeni və Əmək Fəaliyyətinə görə medal ilə təltif edilib, Avrasiya üzrə İlin Diplomatı seçilib, London şəhərinin Fəxri vətəndaşıdır.