​Ötən gün keçirilən sınaq imtahanının nəticələri nə vaxt açıqlanacaq? RƏSMİ CAVAB

​Ötən gün keçirilən sınaq imtahanının nəticələri nə vaxt açıqlanacaq?
16:48 13.02.2023
212 Toplum
A- A+

Fevralın 12-də keçirilmiş sınaq imtahanında istifadə edilən test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən  verilən xəbərə görə, 2023-cü il fevralın 12-də keçirilmiş sınaq imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları ilə buradan tanış olmaq mümkündür.

Qeyd edək ki, hazırda imtahan materiallarının emalı aparılır. Yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən sınaq imtahanının nəticələrinin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.