​Hüquqşünas İlham Aslanoğlu apellyasiya şikayəti verdi

​Hüquqşünas İlham Aslanoğlu apellyasiya şikayəti verdi
09:25 14.02.2023
233 Hadisə
A- A+

Hüquqşünas və ictimai fəal İlham Aslanoğlu (Təhməzov) barəsindəki hökmdən apellyasiya şikayəti verib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, o, Şəki Apellyasiya Məhkəməsinə müraciət edən məhkum barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Şikayət hakim Akif Eyvazovun icraatına verilib.

Artıq məhkəmənin ilkin hazırlıq iclası da keçirilib və təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası martın 1-nə təyin edilib.

Qeyd: İ.Aslanoğlu Yevlax Rayon Məhkəməsinin hökmü ilə 6 ay müddətinə həbs edilib. O, Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə ittiham olunub. O, Yeganə Ələkbərova adlı şəxsin xüsusi ittiham qaydasında məhkəməyə müraciəti əsasənda həbs edilib.