Qəbələdə yol qəzası ilə bağlı cinayət işi açılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, fevralın 13-də saat 19:20 radələrində Qəbələ rayonu, Uludaş kəndində yaşayan 1982-ci il təvəllüdlü Qəribov Ramiz Eyyub oğlu idarə etdiyi “QAZ-3102” markalı avtomobillə Qəbələ rayonunun Uludaş kəndində asfalt örtüklü yerli əhəmiyyətli yolla Tikanlı kəndi istiqamətində hərəkətdə olarkən piyada 2003-cü il təvəllüdlü Mahmudov Laçın Tərlan oğlunu vurub.
Nəticədə piyada aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı Qəbələ RPŞ-nin Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Qeyd: Qəza zamanı dünyasını dəyişən Laçın Mahmudov Azərbaycanın Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının kursantı olub.