2023-cü il fevralın 6-da ölkəni sarsıdan güclü zəlzələlər nəticəsində ciddi ziyan çəkən Türkiyənin Qaziantep vilayətinin Nurdağı şəhəri tamamilə söküləcək.
Qubernator vəzifəsini icra edən Osman Bilgin Qaziantep şəhərindən 45 km qərbdə yerləşən Nurdağının tamamilə sökülərək yenidən tikiləcəyini bildirib.