“Naxçıvanın 30 hektar torpağı İrana necə verilə bilər? Mən bunu başa düşə bilmirəm. Ona ən böyük cəza verilməlidir. Torpağı satmaq... Sən bu qədər özünə güvənəsən... Vasif Talıbov, doğrudan da, bunu edibsə, ömrülük həbsxanada qalmalıdır. Əlimdə sübut yoxdur, buna görə də dəqiq nəsə deyə bilmərəm. Amma Talıbov, ya başqası, kim bir zərrə torpağı düşmənə verirsə, o, ömürlük həbsxanada oturmalı, cəzasını çəkməlidir. Məncə, baş prokurorun əlində belə bir sübutlar var idisə, o, çoxdan işə başlamışdı. “Belə deyirlər...” kimi sözlərə inanmıram. Naxçıvanın bir qarış torpağı getsəydi, Prezident çoxdan tədbir görmüşdü...”
Bu sözləri Pravda.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.
“Sübut varsa, Baş Prokurorluq, sözsüz ki, çoxdan işə başlamalıdır. Ali Baş Komandan Azərbaycandan bir qarış torpaq verənin gözünü çıxarar. Mən gördüm, Vətən müharibəsində təhlükəli ərazilərə gedib bayrağımızı qaldırması onun torpağa məhəbbətini göstərdi. Adamın başının üstündə Allah var. İlham Əliyev o qədər torpağı sevir. Yüz faiz sizi əmin edirəm ki, Vasif Talıbov İrana, doğrudan da, torpaq veribsə, cəzasını çəkəcək. Mən həm geoloqam, həm də kimyaçı. İndi bu saat kompüterdə necə istəsən xəritə düzəldə bilərsən. İnanmıram ki, bizim hakimiyyət bunu bilib, amma susub. Belə şey ola bilməz...”, - N.Cəfəroğlu deyib.