Ali Məhkəmədə sərnişin ölümündə təqsirləndirilən Mahir Məlikovun (şərti) barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onun şikayəti qismən təmin edilib, Sumqayıt Apellyasiya Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, Mahir Məlikovun 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası 5 ilə endirilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Mahir cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
İttihama görə, hadisə 03 aprel 2020-ci ildə saat 20:30 radələrində Xaçmaz-Niyazoba yolunun Xaçmaz rayonu, Ağçay kəndi ərazisindən keçən 6-cı kilometrliyindən keçən hissəsində qeydə alınıb.
O, idarə etdiyi "Hyundai İX-35" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb. Nəticədə maşında olan sərnişin B.M (şərti) ölüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə Mahir Məlikov 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Hökmdə göstərilib ki, o cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və məhkəmə zalında həbs edilib.