Ali Məhkəmədə qanunsuz narkotik saxlamaqda ittiham olunan Həsrət Həsrətovun (şərti) barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onun kassasiya şikayəti qismən təmin edilib və 6 il azadlıqdan məhrumetmə cəzası 5 il 6 ay müddətinə endirilib.
İttihama görə, Həsrət Həsrətov 27 aprel 2021-ci il tarixdə Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun yaşadığı evə baxış keçirilərkən qonaq otağında divanının altından 14.734 qram heroin aşkarlanaraq götürülüb.