​Ötən il itkin düşən şəxsin meyiti çürümüş vəziyyətdə tapılıb

​Ötən il itkin düşən şəxsin meyiti çürümüş vəziyyətdə
12:00 15.02.2023
222 Hadisə
A- A+

Bir müddət əvvəl Abşeron rayonu, Saray qəsəbəsi, Zərifə Əliyeva küçəsi, 1 ünvanında yerləşən ərazidə tapılmış çürümüş meyitin kimə məxsus olması müəyyən edilib.

“Qafqazinfo” xəbər verir ki, tapılmış meyitdən götürülmüş nümunələr üzrə aparılmış müqayisəli molekulyar-genetik tədqiqat başa çatıb.

Müəyyən olunub ki, aşkar edilmiş çürümüş vəziyyətdə olan naməlum meyit 1969-cu ildə Şamaxı rayonunda anadan olmuş Əbduləliyev Abas Ağamölüt oğluna məxsusdur.

Onun 2022-ci ildə itkin düşdüyü bildirilib.

Ekspertizanın nəticəsi barədə A.Əbduləliyevin ailəsinə məlumat verilib.