​Azərbaycanlı qız cehizini Türkiyəyə göndərdi - Üzərinə yazdığı qeyd hamını duyğulandırdı - FOTOLAR

​Azərbaycanlı qız cehizini Türkiyəyə göndərdi
13:57 15.02.2023
230 Ölkə
A- A+
Türkiyədəki zəlzələrlə bağlı Azərbayncandan göndərilən yardımların üzərindəki qeydlər türkləri duyğulandırıb.
Azərbaycandan zəlzələ bölgəsinə, o cümlədən Malatyaya çox sayda yardım göndərilib. Onların arasında geyim, qida, yorğan kimi yardımlar da var. Trt Haber Azərbaycanlıların yardımların üzərinə qeyd etdikləri bəzi duyğulu qeydləri paylaşıb.

“Salam uşaqlar, mənim adım Reyhandır. Mən Azərbaycan qızıyam. İnşallah evlərinizə qayıdarsınız. Allah sizi qorusun”.

“Allah köməyiniz olsun. Həyatını itirənlərə Allahdan rəhmət, yaralılara isə şəfalar diləyirik. Canımızla, qanımızla yanınızdayıq Türkiyəm".

"Tez sağalın, Azərbaycan olaraq ürəyimiz sizinlədir. Çox gözəl günlərdə istifadə etməyinizi arzu edirik. Qardaşlarımız, Allah sizi qorusun. Biz sizinləyik, dualarımızdasınız"

“Məhsullar təmizdir, cehizimdən”/Metbuat.az