​Prezidentin rektor təyin etdiyi Natiq Əliyev kimdir?

​Prezidentin rektor təyin etdiyi Natiq Əliyev kimdir?
16:22 15.02.2023
259 Ölkə
A- A+
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Ömər Eldarovu Azərbaycan Rəssamlıq Akademiyasının rektoru vəzifəsindən azad edib. Dövlət başçısının digər sərəncamı ilə Natiq Əliyev Rəssamlıq Akademiyasının rektoru təyin olunub.
 
Natiq Kamal oğlu Əliyev 10 avqust 1958-ci ildə Bakı şəhərində anadan olub. 1974-1978-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxuyub, "Fərqlənmə diplomu" ilə bitirib. 1978-1983-ci illərdə V.Muxina adına Sankt-Peterburq Ali Rəssamlıq Məktəbində təhsil alıb. 1980-1983-cü illərdə Lenin təqaüdçüsü olub.
 
Natiq Əliyev Azərbaycan Dövlət Akademiyasının professorudur, heykəltəraşlıq kafedrasında emalatxana rəhbəri və akademiyanın bədii-metodiki şurasının sədri olub.
 
O, 9 avqust 2018-ci ildə "Şöhrət" ordeni ilə təltif edilib. Bir sıra abidə və memorial növhələrin müəllifidir.