47 yaşlı kişi narkotik vasitə zəhərlənməsindən vəfat edib.
Pravda.az-ın xəbərinə görə, hadisə Xızıda qeydə alınıb.
Belə ki, 1976-cı il təvəllüdlü, barəsində Xızı RPŞ-nin İQ-da CM-in 234.2-ci maddəsi ilə istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən Əlyarov Mehrab Hüseyn oğlu 14.02.2023-cü il tarixdə yaşadığı Giləzi qəsəbəsindəki fərdi evdə narkotik vasitə zəhərlənməsindən ölüb.