Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu zəlzələnin fəsadlarının aradan qaldırılmasına kömək edən 101 ölkəyə təşəkkür edib.
Bu barədə SULH.İNFO.az Türkiyə mediasına istinadən xəbər verir.
Çavuşoğlu bildirib ki, hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir: “Orada 74 ölkədən 8 minə yaxın heyət fəaliyyət göstərir. Daha bir ölkədən 439 nəfərin köməyə gələcəyi gözlənilir. İşlərini yekunlaşdıran 15 ölkənin 4 min 236 nəfərlik heyəti artıq Türkiyəni tərk edib”.