​Türkiyəli nazir zəlzələ bölgəsində TƏHLÜKƏLİ HADİSƏ İLƏ ÜZLƏŞDİ

​Türkiyəli nazir zəlzələ bölgəsində
13:00 16.02.2023
223 Dünya
A- A+

Türkiyənin səhiyyə nazirinin başına iş gəlib.

Zəlzələ bölgələrinə baş çəkən Türkiyədə səhiyyə naziri Fahrettin Koca dünən axşam saatlarında hadisə yerində çalışan səhiyyə işçiləri ilə görüşüb.

 
 

Bu zaman onların yaxınlığında istilik sobası partlayıb. Partlayış nazirin və ətrafdakıların böyük həyəcan yaşamasına səbəb olub.

Hadisə Hatayda Türkiyənin səhiyyə nazirinin ocaq başında isinən tibb personalı ilə söhbəti əsnasında baş verib.

Fahrettin Kocanın xəsarət alıb-almadığı barədə məlumat verilməyib.