​Zəlzələ qurbanı olduğunu deyib pul yığan dələduz həbs edildi

​Zəlzələ qurbanı olduğunu deyib pul yığan dələduz
13:15 16.02.2023
250 Dünya
A- A+
Bank hesabı məlumatlarını paylaşaraq İstanbulda zəlzələ qurbanı olduğunu deyərək yardım toplayan Erhan B.-nin (37) fırıldaqçı olduğu ortaya çıxıb. 
 
İstanbulda Erhan B. zəlzələ qurbanı olmasa da, bank hesabı məlumatlarını sosial media platformalarında paylaşaraq kömək istəyib. Vəziyyəti görən şəxs polisə zəng edərək xəbər verib.
 
Şikayət üzərinə mövzu ilə bağlı araşdırma başlatan Asayiş Şöbəsi Fırıldaqçılıq Bürosunun qrupları, Erhan B.-nin zəlzələ qurbanı olduğunu söyləyərək insanları aldatdığını təyin ediblər.
 
Polis qrupları tərəfindən nəzarətə alınan Erhan B. gətirildiyi məhkəmə tərəfindən həbs olunaraq həbsxanaya göndərilib.