Ötən il sərxoş vəziyyətdə avtomobili idarə edilməsinə görə 5 nəfər həlak olub.
Dövlət Statistika Komitəsindən Apa-ya verilən xəbərə görə, nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 12 hadisə baş verib. Nəticədə 5 nəfər həlak olub, 12 nəfər yaralanıb. Hadisələrin 8-i minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.