​Rusiya Müdafiə Nazirliyinin vəzifəli şəxsi ölü tapıldı

​Rusiya Müdafiə Nazirliyinin vəzifəli şəxsi ölü tapıldı
15:50 16.02.2023
243 Dünya
A- A+

Rusiya Müdafiə Nazirliyinin Qərb dairəsi üzrə maliyyə təminatı şöbəsinin rəisi Marina Yankina yaşadığı binanın yaxınlığında ölmüş vəziyyətdə tapılıb.

İlkin məlumatlara görə, o, çoxmərtəbəli binadakı mənzilindən yıxılıb.

Hazırda hadisənin intihar faktı olduğu ehtimal edilir.

İstintaq faciənin detallarını araşdırır.