​Siyəzəndə DƏHŞƏTLİ QƏZA - Ölənlərin sayı üçə çatdı (YENİLƏNİB)

​Siyəzəndə DƏHŞƏTLİ QƏZA
09:44 17.02.2023
280 Hadisə
A- A+

Bakı-Quba yolunun 99-cu km-də Siyəzən rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsində ölənlərin sayı artıb.

APA-nın verdiyi məlumata görə, həkimlərin səyinə baxmayaraq, Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilən şəxslərdən biri də dünyasını dəyişib.

Qəzaya düşən şəxslərin Siyəzənə dərs deməyə gələn müəllimlərin olduğu bildirilir.


***
Daxili İşlər Nazirliyi Siyəzəndə baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Bildirilib ki, qəza bu gün saat 08:15 radələrində Bakı-Quba yolunun 99-cu kilometrliyində qeydə alınıb. 

Bu gün saat 08:15 radələrində Bakı-Quba yolunun 99-cu kilometrliyində Siyəzən rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Mercedes-Benz Vito” markalı 77-CY-723 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Quba istiqamətinə hərəkətdə olarkən idarəetməni itirərək əks istiqamətdə hərəkətdə olan “Opel” markalı 50-DL-063 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Hadisə nəticəsində “Mercedes-Benz”də olan sərnişinlərdən 2 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. 

Faktla bağlı araşdırma aparılır.