​Evə basqın edilib - qadının əl-qolu bağlanılıb

​Evə basqın edilib
09:47 17.02.2023
266 Hadisə
A- A+

Ucarda evə basqın edilib, qadının əl-qolu bağlanılıb.

Bu barədə Pravda.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, fevralın 4-də Həsənova Nurayyə Mirzə qızı Ucar RPŞ-nə ərizə ilə müraciət edərək həmin gün saat 19 radələrində yaşadığı fərdi yaşayış evində tək olduğu vaxt üzərində qara rəngli maska olan iki nəfər şəxsin evə basqın edərək əl-qolunu yapışqan lentlə bağlayıb evin yataq otağında olan yük döşəklərinin altından 7000 (yeddi min) manat nağd pulu götürərək uzaqlaşmalarını deyib

Bununla bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yuxarıda qeyd olunan cinayəti törətməsinə əsaslı şübhələr müəyyən edilmiş Kərimov Müşfiq Cavanşir oğlu və Kərimov Cavanşir İbad oğlu 15.02.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulub.

Faktla bağlı 08.02.2023-cü il tarixdə Ucar RPŞ-nin İB-də CM-nin 181.1-ci maddəsi ilə cinayət işi başlanaraq, ibtidai istintaq aparılır.