​20 il həbs cəzası verilən şəxs hökmdən narazıdır

​20 il həbs cəzası verilən şəxs
10:15 17.02.2023
250 Hadisə
A- A+

Bakı Apellyasiya Məhkəməsində anasını və bacısını qətlə yetirməkdə təqsirləndirilən Murad Niftizadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası martın 2-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü Murad Niftizadə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: Hadisə 2019-cu ilin dekabrında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində qeydə alınıb.

 İttiham aktına əsasən, M.Niftizadə anası Fatma Həmzəyeva və bacısı Elgün Niftizadəni şəxsi münasibətlər zəmnində qətlə yetirib.

Hadisədən sonra M.Niftizadə Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.

O, Rusiyada tutularaq Azərbaycana ekstradisiya olunub.