İnsanlar arasında geniş müzakirəyə səbəb olan və artıq 4 ilə yaxındır ki, istintaq prosesi davam edən Nərmin Quliyeva cinayəti ilə bağlı ziddiyətlər davam edir.
Cinayət zamanı Tovuz rayon Dondar Quşçu kənd sakini 2009-cu il təvəllüdlü Nərmin Quliyevanın 21 noyabr 2009-cu ildə qaçırılıb və 45 sonra, yanvar ayının 6-da cəsədi yandırılmış formada tapılıb. Cinayəti törətməkdə ittiham olunan və saxlanılan İlkin Süleymanov və onun ailə üzvləri dəhşətli hadisənin törədilməsində ortaya atılan iddiaları təkzib edir. İstintaqın gedişində tapılan sübutların tərəflərin iddiaları ilə uyuşmaması və prosesin uzun çəkməsi cəmiyyətdə fərqli fikirlərin formalaşmasına gətirib çıxarır.
Mövzu ilə bağlı cinayəti və istintaqın gedişini araşdıran jurnalist Aytən Məmmədova fikirlərini Referans.az saytı ilə bölüşüb. Aytən Məmmədova istintaq prosesində əldə edilmiş detalların bir çox hallarda bir-biri ilə uyğunsuzluğuna diqqət çəkib.
“Mən əvvəlcə onu deyim ki, bir jurnalist olaraq hansısa tərəfin günahkar və ya günahsız olması ilə bağlı konkret nəsə deyə bilmərəm. Jurnalist kimi cinayəti və gedişatı uzun müddətdir araşdırıram. Bəzi faktlar həqiqətən çox absurd və təzadlıdır. Məsələn, istintaq prosesində İlkin Süleymanova məxsus olan cins şalvarına aid lifin Nərmin Quliyevanın paltarının üzərindən tapılması qeyd edildi. Lakin onlar bunun İlkin Süleymanovun şalvarı olmasını hardan biliblər? Bu şalvarı onlara kim təqdim edib? Bundan başqa, Nərminin saç tellərinin İlkinin alt paltarının üzərindən tapıldığı deyildi, halbuki İlkinin qardaşı sözügedən alt paltarını İlkin polis tərəfindən saxlandıqdan sonra alıb ona aparıb. Hətta sözügedən geyimi satan mağaza satıcı da bunu təsdiq etdi. Satıcı İlkin Süleymanovun əvvəlki alt paltarının ölçülərinə uyğun olaraq, yeni paltarı onun qardaşına satdığını bildirib. Bundan başqa İlkinin şəxsi telefonundan çılpaq qadın şəkilləri və cizgi filmlərə baxması ilə bağlı faktlar tapılıb. Mən demək istəyirəm ki, hər kəsin yaxın qohumu və ailəsində azyaşlı uşaq var, bəzən mənim də qohumlarım arasında uşaqlar telefonumu götürüb cizgi filmlərə baxırlar, bu mənim də manyak və pedofil olmağımla bağlı əsaslı faktdır? Bundan başqa o ilkin dindirilmə zamanı təkzib etdiyi bir çox ittihamı daha sonra boynuna alıb. İlkinin özü də dəfələrlə bildirib ki, ona fiziki zorakılıq edərək bu iddiaları etiraf etdiriblər.”
İstintaq prosesinin davamında nəticənin necə ola biləcəyi ilə bağlı isə Aytən Məmmədova konkret nəsə deməyin düzgün olmayacağını bildirib.
“Əslində burda mənim, sizin və ya başqa birinin konkret nəsə deməsi gedişata təsir etməyəcək təbii ki. Amma onu bildirə bilərəm ki, Nərminin ailəsi üzvlərini, əmisini, əmisinin yoldaşı və digər qohumlarını daha dərin və əhatəli formada dindirmək lazımdır. Xüsusilə atasını. Mən konkret İlkin bəyin günahsız olduğunu deyə bilmərəm, ancaq faktlar göz qabağındadır. Ümid edirəm ki, haqq-ədalət öz yerini gec-tez tapar.”
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.