​Türkiyədə yenə ZƏLZƏLƏ OLDU

​Türkiyədə yenə
09:23 20.02.2023
212 Dünya
A- A+

Türkiyənin Elazığ vilayətində zəlzələ hadisəsi baş verib.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) rəsmi tviter səhifəsində məlumat yayıb.

Vilayətin Palu rayonunda qeydə alınan yer silkələnməsi Rixter şkalası ilə 4.5 ballıq maqnituda ilə qiymətləndirilib.

Yeraltı təkanın ocağı yerin 7 kilometr dərinliyində yerləşib

İtkilər və ya dağıntılar haqqında məlumat verilməyib.