Bakıda 36 yaşlı şəxs yanğın zamanı ölüb.
Bu barədə Pravda.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, hadisə 19.02.2023-cü il tarixdə, təxminən saat 05 radələrində Bərdə şəhəri, Bakı küçəsi, ev.3 ünvanında qeydə alınıb.
Belə ki, həmin ünvanda anası ilə birlikdə yaşayan 1986-cı il təvəllüdlü Əliyev Eyvaz Firqəm oğlu narkotik vasitənin təsiri altında yaşadığı mənzilin ona aid otağında baş vermiş yanğın zamanı tüstüdən boğularaq keçinib.