Ermənistanın baş naziri Nikol Paşinyan ötən günlərdə Azərbaycanla imzalanması gözlənilən sülh müqaviləsi haqqında danışıb. O bildirib ki, Ermənistan tərəfi sülh müqaviləsi layihəsi üzərində işin növbəti mərhələsini başa çatdırıb və sənəd Azərbaycana təhvil verilib.
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə açıqlamasında Ermənistandan sülh sazişi ilə bağlı Azərbaycana təkliflər gəldiyini təsdiqləyib.
"Bəli, Ermənistandan bizim təkliflərimizə yeni cavab təklifləri almışıq. İndi təkliflərə baxılır",- deyə XİN rəsmisi bildirib.
Lakin təkliflərin detalları hələlik açıqlanmayıb.