​Bulvarda intihar: Gənc oğlan özünü dənizə atdı

​Bulvarda intihar:
13:45 20.02.2023
259 Hadisə
A- A+

Dənizkənarı Milli Parkda meyit tapılıb.

Lent.az-ın məlumatına görə, dəniz ərazisində aşkar edilən meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. 

İlkin araşdırmalara əsasən, ölən şəxsin Lənkəran rayon sakini, 1991-ci il təvəllüdlü Fərid Əbülfət oğlu Ağazadə olması müəyyən edilib.

İlkin ehtimala görə, Fərid Ağazadə özünü dənizə ataraq intihar edib.

Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.