​Baydenlə görüşün nəticəsi döyüşdə öz əksini tapacaq - ZELENSKİ

​Baydenlə görüşün nəticəsi döyüşdə öz əksini tapacaq
15:30 20.02.2023
257 Dünya
A- A+

ABŞ Prezident Co Baydenin Kiyevə səfəri zamanı aparılan danışıqlar çox səmərəli keçib.

Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Co Baydenlə keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, görüşün nəticələri döyüş meydanında öz əksini tapacaq.

“Baydenlə bugünkü danışıqlar səmərəli oldu... Ümid edirik ki, bu il 2023-cü il qələbə ili olacaq”, - deyə Zelenski bildirib.

Dövlət başçısının sözlərinə görə, Ukrayna çox çətin dövr qarşısındadır, lakin ABŞ və digər tərəfdaş ölkələrin köməyi ilə “tarixi nailiyyətlər” əldə edəcək: "Bugünkü danışıqlar çox səmərəli, çox vacib və çox həlledici oldu... nəticələr mütləq döyüş meydanına təsir edəcək".

Bayden Ukraynaya milyardlarla dollarlıq büdcə yardımı veriləcəyini deyib.