​Hatayda axtarış-xilasetmə tədbirləri yekunlaşdı

​Hatayda axtarış-xilasetmə tədbirləri yekunlaşdı
11:59 21.02.2023
207 Dünya
A- A+

Ötən gecə Türkiyənin Hatay şəhərinin Defne rayonunda baş verən 6,4 maqnitudalı zəlzələnin axtarış-xilasetmə tədbirləri yekunlaşıb.

Bu barədə Pravda.az Anadolu Agentliyinə istinadən xəbər verir.

Kahramanmaraşda isə zəlzələ ilə bağlı axtarışların davam etdiyi bildirilir.

Qeyd: Fevralın 20-də Türkiyənin Hatay vilayətinin Defne rayonunda 6,4 maqnitudalı zəlzələ olub. Saat 20:04-də qeydə alınan yeraltı təkanların dərinliyi 7,7 km-də yerləşdiyi bildirilib. Bunun ardınca 5,8 maqnitudada daha bir zəlzələ baş verib. Nəticədə 6 nəfər həlak olub, 300-ə yaxın insan yaralanıb. Onlardan 18-nin vəziyyəti ağırdır.