​Qriqoryan Aİ missiyasının rəhbəri ilə, Rubinyan deputatlarla görüşdü

​Qriqoryan Aİ missiyasının rəhbəri ilə, Rubinyan deputatlarla
14:19 21.02.2023
224 Dünya
A- A+

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Aİ-nin Ermənistandakı mülki missiyasının komandanı Stefano Tomatın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 Aİ-nin mülki müşahidəçilərinin yeni missiyasının Ermənistana gəlişini və rəsmi fəaliyyətə başlamasını alqışlayan Qriqoryan əmin olduğunu bildirib ki, bu missiya regionda sabitliyin və sülhün bərqərar olmasına bundan sonra da töhfə verəcək.

Missiya komandiri Aİ-nin mülki missiyasını dəstəklədiyinə görə Ermənistan tərəfinə təşəkkür edib və Ermənistanda görüləcək işləri təqdim edib. Gələcək əməkdaşlıqla bağlı digər məsələlər də müzakirə olunub.

Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan isə Avropa Parlamentinin deputatları Silvi Qiyom və Fransua Alfonso ilə görüşüb və Laçın dəhlizi barədə müzakirələr aparılıb.