​Ramiz Novruzun ölümü ilə bağlı ailəsindən AÇIQLAMA

​Ramiz Novruzun ölümü ilə bağlı ailəsindən
14:30 21.02.2023
265 Toplum
A- A+

Xəbər verdiyimiz kimi, Xalq artisti Ramiz Novruzov dünyasını dəyişib.

Bizim.media-nın əməkdaşı mərhum sənətkarın evinə yollanıb.

Redaksiyamızın əməkdaşının əldə etdiyi məlumata görə, aktyorun ötən gün vəziyyəti ağırlaşıb.

Ailəsi təcili olaraq onu "Bona Dea Hospitalı"na aparıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, R.Novruzov saat 23:00 radələrində dünyasını dəyişib.

Qeyd edək ki, mədə xərçəngindən əziyyət çəkən Ramiz Novruz aylar əvvəl əməliyyat olunmuşdu.