​Ana və qızı tutuquşu sayəsində dağıntı altından xilas oldu

​Ana və qızı tutuquşu sayəsində dağıntı altından
15:40 21.02.2023
232 Dünya
A- A+

Qaziantepdə xilasetmə işləri həyata keçirən bir qrup, tutuquşunun çıxdığı yerdən ana və qızını xilas edib.

Uçmuş tavanın altında qalan ana və 3 yaşlı qızı qruplar tərəfindən xilas edilib. Xilasetmə qrupundan bir nəfər hadisə haqqında bunları deyib:

“Biz böyük yaşayış binasının dağıntıları üzərində işləyirdik. Uzaqdan uçan bir tutuquşu gördük. Quşun çıxdığı yerdə kiminsə ola biləcəyini düşündük. Gələn səsdən anladıq ki, orada kimsə yaşayır. Dağıntılar altında olanlara mənəvi dəstək vermək üçün söhbət etdik. Qarşımıza çıxan tablonu götürəndə onun arxasında ana və qızı ilə qarşılaşdıq. Əvvəlcə 3 yaşlı qızı xilas etdik. Sonra ana dağıntıları ataraq bizə kömək etdi. Nəhayət, ananı da xilas etdik, lakin ata və digər uşağı salonda ölmüşdü”.