​Azərbaycanda dərmanlar BAHALAŞDI

​Azərbaycanda dərmanlar
11:30 23.02.2023
A- A+

Azərbaycanda dərmanların qiyməti bahalaşıb.

Bu barədə "Banker.az" Dövlət Statistika Komitəsinə istinadən məlumat yayıb.

Azərbaycanda dərmanlar 2023-cü ilin yanvar ayı 2022-ci ilin yanvar ayına nisbətən 17.8%, dekabr ayına nisbətən isə 6% bahalaşıb.

Onu da qeyd edək ki, bu ilin yanvarında 324.1 min manat dərmanlar istehsal edilib ki, bu da illik müqayisədə 62.3% artım deməkdir.