​MİQ üzrə sınaq imtahanları keçiriləcək

​MİQ üzrə sınaq imtahanları
11:51 23.02.2023
305 Toplum
A- A+

Müəllimlərin işə qəbulu ilə bağlı sınaq imtahanları keçiriləcək.

Bunu Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva deyib.

“MİQ sınaq imtahanları namizədlərin özünü yoxlaması üçün keçirilir. Eyni zamanda burada sualları da yoxlamış oluruq. Dəqiq tarix demək istəmirəm. Ancaq sınaq imtahanları olacaq”, - deyə qurum rəhbəri bildirib.