​İşsiz insanlar niyə cinayətə meylli olur? - Sosioloq səbəbləri açıqladı

​İşsiz insanlar niyə cinayətə meylli olur?
12:39 23.02.2023
201 Ölkə
A- A+
Dövlət Statistika Komitəsi Azərbaycanda cinayət törədən şəxslərin statistikasını açıqlayıb. Məlumatda bildirilir ki, 2020-ci ildə Azərbaycanda 17 min 482 şəxs müəyyən edilmiş cinayət törədib. Onların 10 min 474 nəfəri əmək qabiliyyətli olmayan şəxslər olub. Yəni, cinayət törədənlərin çoxu işsizlər olub. 
 
İşsiz, heç bir yerdə işləməyən insan niyə cinayətə meylli olur?
 
Sosioloq Əhməd Qəşəmoğlu açıqlamasında bildirib ki, insanların davranışında işsizlik mühim rol oynayır:
 
"İnsanın davranışını formalaşdıran bir neçə amil var. Onları təhlil edəndə bunun səbəblərini üzə çıxartmaq olur. Elmdə hər kəsə məlumdur ki, hər hansı bir şəxs cəmiyyətdə özünü təsdiq edə bilmirsə, öz potensialını aça bilmirsə, onda sabaha inam hissi, sabahdan gözləntiləri arzu olan səviyyədə deyilsə, onlar cinayət xarakterli işlər görməyə daha meyilli olurlar. Belələrinin arasında intihar edənlər də çoxdur. İntihar etməkdə bu iki faktor çox mühim rol oynayır”. 
 
Əhməd Qəşəmoğlunun fikirincə, insanlar işsiz olanda cinayətə meyllilik inkişaf edir:
 
"Belə adamların aldığı məlumatlar da cinayət aləminin məlumatları olur. İşsizdir, pulu yoxdur, özünü təsdiq edə bilmir. Ona görə də belə bir rəqəmin olması qanunauyğundur. Burada təəcüblü heç nə yoxdur”. /Qaynarinfo