​Bakıda dəhşət: Oğlan boğazından bıçaqlanıb

​Bakıda dəhşət:
09:52 24.02.2023
416 Hadisə
A- A+

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Yeni Suraxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, 30 yaşlı Fikrət Səfərov naməlum şəraitdə tanımadığı şəxs tərəfindən bıçaqlanıb. O, boğazının kəsilmiş-deşilmiş xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.