​Naxçıvan Prokurorluğunda YENİ TƏYİNAT

​Naxçıvan Prokurorluğunda
12:11 24.02.2023
225 Ölkə
A- A+
Naxçıvan Muxtar Respublikasının Prokurorluğunda kadr dəyişikliyi olub.

Baş prokuror Kamran Əliyevin əmrinə əsasən, qurumun Prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi Elşad Ağayevin öz arzusu ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

Baş prokurorun digər əmrlərinə əsasən, Şərur rayon prokurorunun müavini Anar Həsənov Naxçıvan şəhər prokurorunun müavini vəzifəsinə, Şərur rayon prokurorunun böyük köməkçisi Ramiz Novruzov isə həmin rayon prokurorunun müavini vəzifəsinə təyin edilib.