Şəmkir rayonunda qonşusu tərəfindən hücuma məruz qalan şəxslərin vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən şəxslər 24.02.2023-cü il tarixdə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının təcili yardım bölməsinə daxil olublar:
“Onlardan iki nəfərə (qadın) zəruri tibbi xidmət göstərilib, ambulator müalicə üçün evə buraxılıblar:
Bir nəfərin (kişi) döş qəfəsinin arxa divarının açıq yarası diaqnozu ilə müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyəti stabildir”.