​Azərbaycanda DƏHŞƏT - dörd nəfər 13 yaşlı qızı zorladı

​Azərbaycanda DƏHŞƏT
15:52 24.02.2023
258 Hadisə
A- A+

Salyanın Cadırlı kəndində 13 yaşlı qız zorlanıb.

Bununla bağlı sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, azyaşlının atası rəhmətə gedib, ana isə xəstəxanadadır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, həmin əməldə təqsirli bilinən 4 nəfər istintaq-əməliyyat tədbirləri ilə müəyyən olunaraq barələrində həbs qətimkan tədbirləri seçilib.

Hazırda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə başlanan cinayət işi üzrə polis və prokurorluq əməkdaşları tərəfindən istintaq hərəkətləri davam etdirilir.