​“Azərtac”ın əməkdaşı canına qıydı - Zəhərli maddə içib, hazırda...

​“Azərtac”ın əməkdaşı canına qıydı
11:45 27.02.2023
221 Hadisə
A- A+

“Azərtac”-ın keçmiş əməkdaşı  Aygün Əliyeva intihar edib.

Bu barədə Gununsesi.info-ya jurnalistin həyat yoldaşı Teymur Əliyev bildirib.

Onun sözlərinə görə, həyat yoldaşı zəhərli maddə qəbul edib. Hazırda onu Bakıdakı xəstəxanalardan birinə yerləşdiriblər.

Qeyd edək ki, əmək hüquqlarının pozulmasından məhkəmə orqanlarına şikayət verən xanım jurnalistin şikayəti Ali Məhkəmədə də təmin olunmayıb. 

O, hələ məhkəmədən öncə ədalətsiz qərar çıxarılacağı təqdirdə intihar edəcəyini deyib.