​FHN-nin şəxsi heyəti Türkiyədən Bakıya nə vaxt qayıdır?

​FHN-nin şəxsi heyəti Türkiyədən Bakıya
16:00 27.02.2023
219 Ölkə
A- A+

Fövqəladə Hallar Nazirliyinin zəlzələ ilə bağlı Türkiyəyə axtarış-xilasetmə işləri üçün göndərilən şəxsi heyətinin Bakıya nə zaman qayıdacağı barədə hələ ki məlumat yoxdur.

Bu barədə Pravda.az-ın sorğusuna cavab olaraq FHN-nin Mətbuat xidmətindən bildirilib.

Xatırlatma: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin xeyli hissəsi Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə fevralın 6-dan Türkiyədədir.