​Xaricdə təhsil alan şəxslərə yeni xəbər - Dəyişikliklər var

​Xaricdə təhsil alan şəxslərə yeni xəbər
16:10 27.02.2023
278 Sosial
A- A+

Xarici ölkələrdə təhsil almış şəxslərin diplomların tanınması ilə bağlı yeniliklər tətbiq ediləcək.

Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev bugünkü brifinqdə çıxışı zamanı deyib.

"Əvvəl biz yalnız bakalavr və magistratura təhsili almış şəxslərin diplomlarını tanıyırdıqsa indi xaricdə tam və orta ixtisas təhsili sənədlərini də tanıyacağıq"-nazir söyləyib.

O həmçinin bildirib ki, xaricdə təhsil almış şəxslər üçün dilmüsahibəsi ləğv olunur və bu,  nazirlik tərəfindən keçirilməyəcək.

"Bunun əvəzinə hüquqşünas, mühəndis ixtisaslarını bitirənlər DİM tərəfindən imtahan olunacaq".

E. Əmrullayev əlavə edib ki, rus ingilis və türk dillərində təqdim olunmuş sənədlərin notarial qaydada tərcümə edilməsinə ehtiyac yoxdur.

"Bu, diplomların tanınması istiqamətində vətəndaşların və nazirliyin vaxtına qənaət etmiş olacaq".