​Bakıda evdən meyit tapıldı

​Bakıda evdən meyit tapıldı
09:20 28.02.2023
222 Hadisə
A- A+

Bakıda evdən meyit tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.