​"TikTok"la bağlı dövlət qurumlarına bir ay VAXT VERİLDİ

​
09:52 28.02.2023
A- A+

30 gün ərzində ABŞ-ın dövlət qurumları “TikTok”u korporativ cihazlardan silməli olacaq.

Prezident Co Baydenin administrasiyası departamentlərə proqramların çıxarılması barədə göstəriş verib.

Məlumata görə, 15 dekabr 2022-ci ildə ABŞ Senatı dövlət qurumlarına məxsus cihazlarda “TikTok”un qadağan edilməsinə səs verib.

Qeyd edək ki, fevralın 26-da Avropa Komissiyası işçilərə rəsmi smartfonlarda “TikTok”dan istifadə etməyi qadağan edib. AK işçilərindən rəsmi məlumatlara çıxışı olan şəxsi smartfonlardan proqramları silmək də tələb olunub.