​Türkiyə zəlzələsini bilmişdi - Marta diqqət çəkib o qorxunc xəbərdarlığı etdi

​Türkiyə zəlzələsini bilmişdi
10:16 28.02.2023
221 Dünya
A- A+

Türkiyənin Kahramanmaraş vilayətində baş verən şiddətli zəlzələni üç gün əvvəldən bilən holland seysmoloq Frank Huqerbitsdən yeni xəbərdarlıq gəlib.

Martın ilk həftəsinə diqqət çəkən mütəxəssis yeni zəlzələlərin baş verəcəyini və silkələnmələrin 6 baldan yuxarı olacağını iddia edir.

Sözügedən dövrdə Yer, Merkuri və Saturn planetlərinin yaxınlaşacağını söyləyən Huqerbits bunun böyük zəlzələlərə səbəb ola biləcəyini deyir:

“Martın ilk həftəsi çox kritikdir. Ayın 2-də kritik planetar yaxınlaşma görürük.

Bu, çox vacib olacaq. Ayın 2-də 9 saat içində Yeri əhatə edən planetar yaxınlaşma olacaq. Bu, Yer, Merkuri və Saturn arasında baş verəcək. Bu, kritik durumdur. Nəticədə, ayın 3-ü və ya 4-ü civarında böyük seysmik hadisə baş verə bilər, yaxud 6-ı və ya 7-i. Şişirtmirəm.

Qorxu yaratmağa çalışmıram, bu xəbərdarlıqdır. Çünki kritik planet həndəsəsinin seysmik hadisələrə səbəb olduğu məlumdur. Buna qeyri-ciddi yanaşmamalıyıq.

Martın bu ilk həftəsində 6 baldan xeyli yuxarı birdən çox seysmik hadisə baş verə bilər. Bilmək üçün heç bir yol yoxdur. Yenə 7-8 baldan xeyli yuxarı seysmik hadisə ola bilər”.