​Bayramovla Lavrov arasında geniştərkibli görüş başladı YENİLƏNDİ

​Bayramovla Lavrov arasında geniştərkibli görüş başladı
12:21 28.02.2023
240 Siyasət
A- A+
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında geniştərkibli görüş başlayıb.

Bunu Ruasiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, nazirlər arasında təkbətək görüş başa çatıb.

Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş başlayıb.

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş başlayıb.

Nazirlər dövlətlər arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini, eləcə də aktual regional məsələləri müzakirə edirlər.

Bu gün S.Lavrov Rusiya-Azərbaycan Ekspert Şurasının üçüncü iclası çərçivəsində “XXI əsrdə Rusiya-Azərbaycan münasibətləri: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq” mövzusuna həsr olunan konfransda da iştirak edəcək.